Linear Search Algoritm nədir?

Anar Məmmədov
2 min readNov 20, 2020

--

Linear Search Alqoritm nə deməkdir və onun işləmə prinsipi və mahiyyəti nədən ibarətdir? Gəlin, ilk öncə Linear Search alqoritmasına keçid etməmişdən qabaq, axtarış alqoritmalarının nə olduğunu anlamağa çalışaq.

Axtarış Alqoritması nə deməkdir?

Axtarış alqoritmaları kompüter elmləri sahəsində vacib əhəmiyyət kəsb edir. Məsələn, Google axtarış saytı. Necə olur ki, bu saytda bizim axtarmaq istədiyimiz məlumat qarşımıza çıxarılır? Amazon.com, Ebay, alibaba.com və s. necə olur ki, bu online alış veriş saytlarında axtarmaq istədiyimiz hər hansı birşey bizim qarşımıza çıxarılır? Həmdəki bu axtarışlar çox sürətli şəkildə qarşımıza çıxarılır. Bunlar necə baş verir, bunların işləmə prinsipi necədir? Bunları bilmək üçün bu məqalədə hərşeyə aydınlıq gətiriləcəkdir.

Linear Search

Linear Search(Xətti Axtarış) alqoritması axtarış alqoritmalarından biridir. Təyin olunmuş datalar içərisindən sizin axtarmaq istədiyiniz datanı tapıb qarşınıza çıxardır. Linear Search (Xətti Axtarış) elə də güclü axtarış alqoritması sayılmır. Buna səbəb axtarışı, bir-bir axtarış edərək işləməsidir. Bu alqoritmanın zəif olmasına bir başqa səbəb isə, məsələn sizin axtarmaq istədiyiniz data, verilmiş data içərisində ən sonda yerləşir, lakin Linear Search (Xətti Axtarış) yenədə əvvəldən başlayaraq bir-bir axtarış edərək ən sona çatana qədər, yəni axtarmaq istədiyiniz datanı tapıb çıxardana qədər işləyəcəkdir. Biz bu məqalədə bu alqoritmanı massivlər üzərində öyrənəcəyik.

Linear Search (Xətti Axtarış) necə işləyir?

Təsəvvür edin, sizin bir massiviniz vardır və onun içərisində müxtəlif dəyərli elementlər vardır. Bu massivin elementlərinin sayı 6-dır. Şəkil-1-də göstərilmişdir.

Şəkil-1.

Bizim bu massiv içərisində axtarmaq istədiyimiz data 6-dır. Ümumi datalar isə bu massivin içərisində olan elementlərdir. Bizim axtarmaq istədiyimiz data massivin sonuncu indeksində yerləşir. Massivlərdən bilirik ki, ilk element 0-cı indeksdə, sonuncu element isə n-1 indeksdə yerləşir. Axtarmaq istədiyimiz datanı, yəni 6-nı tapmaq üçün, Linear Search (Xətti Axtarış) massivin içərisində indeksləri bir-bir yoxlayaraq gəzişir və bizim axtarmaq istədiyimiz data massivin hansı indeksin də yerləşirsə Linear Search (Xətti Axtarış) stop edəcəkdir artıq, deməli axtardığımız data oradadır.

Şəkil-2.

Linear Search (Xətti Axtarış) kod ilə yazılışı.

Şəkil-3.

Linear-Search koduna buradan baxa bilərsiniz: https://pastebin.com/KgZAJgbW

--

--

Anar Məmmədov
Anar Məmmədov

Written by Anar Məmmədov

Java Backend Developer wondering RDBMS and processing of structure any technology that is related backend.

No responses yet